“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
15 Sentyabr 22:43
1 708
Ukraynanın Nazirlər Kabineti bazar ertəsi 2026-cı il dövlət büdcəsi layihəsini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Svırıdenko bildirib.
Onun sözlərinə görə, plana əsasən, ən çox vəsaitin müdafiə sektoruna ayrılması nəzərdə tutulur ki, bu da 2,8 trilyon qrivna (təxminən 68 milyard dollar) və ya ÜDM-in 27,2%-idir. Sözügedən məbləğ 2025-ci illə müqayisədə 168,6 milyard qrivna (4 milyard dollar) çoxdur.
"Biz Ukraynanın 2026-cı il dövlət büdcəsinin layihəsini qəbul etmişik və onu baxılmaq üçün Ali Radaya təqdim edirik. Büdcənin əsas prioriteti təhlükəsizlik və müdafiə, bizim sosial dayanıqlığımızdır. Hökumət bütün öz daxilolmalarını və borclarını müdafiə qüvvələrinə yönəldir", - Svırıdenko “Telegram” kanalında yazıb.
8 Dekabr 20:39
1 071
8 Dekabr 18:43
1 134
8 Dekabr 18:35
1 064