“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
16 Sentyabr 08:09
1 596
ABŞ-da Apellyasiya Məhkəməsi prezident Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FES) İdarə Heyətinin Liza Kukun vəzifəsindən uzaqlaşdırılması tələbini rədd edib.
Məhkəmə, FES üzvlərinin yalnız haqlı səbəbə görə çıxarıla biləcəyini vurğulayaraq, Kukun vəzifədən çıxarılmadan əvvəl məlumatlandırılmaq və müdafiə olunmaq hüququna malik olduğunu bildirib.
ABŞ mediası Tramp administrasiyasının qərardan Ali Məhkəməyə şikayət edəcəyinin gözlənildiyini yazır.
Qeyd edək ki, avqustun 25-də Tramp FES üzvü Kuku ipoteka müqavilələrində yalan ifadələr verdiyi üçün vəzifəsindən azad etdiyini açıqlayıb.
Kuk isə Trampın onu vəzifədən uzaqlaşdırmaq cəhdinin qarşısını almaq üçün məhkəməyə müraciət edib.
8 Dekabr 20:39
1 071
8 Dekabr 18:43
1 134
8 Dekabr 18:35
1 064