

ABŞ-ın siyasi arxitekturasının mürəkkəb qrup və lobbilərdən, hətta dərin dövlət anlayışından ibarət olduğu sirr deyil.
Bunu ƏHD Partiyasının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, bu strukturların isə əsasən yəhudi, yunan, erməni və s. kimi qruplardan ibarət olduğu bəllidir. Amma dərin dövlət anlayışının nədən ibarət olduğu təbii ki, sirlidir. Yəhudi lobbisinin isə dövlət başçılarının bilavasitə ətrafında və yanında olduğu göz önündədir. İsrailin yəhudilərin ofisi, ABŞ-ın isə onların əsas dövləti olduğu deyimi əbəs yerə deyilməyib:
"Bu baxımdan Hakan Fidanın çəkincələrinin real kökü vardır.
Hər kəsin bildiyi Hakan Fidan üçün də sirr deyildir. İsrailin bütün dünyada, xüsusən də, yaxın ətrafındakı rahat hərəkətlərinin kökündə də ABŞ dövlətinə olan güvən və arxayınçılıq dayanır. Bu elə bir səviyyəyə çatır ki, hətta İsrailin ABŞ-a öz siyasətini qəbul etdirdiyi şübhə doğurmur".
Cavid