İsrailin müdafiə naziri Yəmən husilərinin liderini ölümlə hədələyib Dünya

İsrailin müdafiə naziri Yəmən husilərinin liderini ölümlə hədələyib

İsrailin müdafiə naziri İsrael Katz Yəmənin Ənsarullah Hərəkatının liderini ölümlə təhdid edib.

Nazir Əbdülməlik əl-Husinin öldürüləcəyi ilə bağlı xəbərdarlıq edib.
“Əbdülməlik əl-Husi, sənin də vaxtın çatacaq. Sən cəhənnəmin dərinliyində gözləyən hökumət nümayəndələrinlə və “Şər oxu”nun digər başqa üzvləri ilə görüşməyə göndəriləcəksən. Husilərin bayrağında olan “İsrailə ölüm, yəhudilərə lənət” şüarı İsrailin göy-ağ rəngli bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”, - Katz “X” hesabında qeyd edib.