"Türkiyə-Rusiya-Çin  ittifaqı Dünya

"Türkiyə-Rusiya-Çin  ittifaqı

Türkiyə dövlətinin siyasi mətbəxinin məhsulu ola bilər"

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçelinin Türkiyənin NATO mərkəzli xarici siyasətinə alternativ olaraq Türkiyə-Rusiya-Çin (TRÇ) ittifaqının yaradılması təklifi, heç şübhəsiz ki, ABŞ-İsrail müttəfiqliyinə qarşı geosiyasi və strateji çağırışdır və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a nəzərdə tutulan səfəri öncəsi Turkiyənin Yaxın Şərqlə bağlı siyasətində əlinin möhkəmləndirilməsinə xidmət edir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Çingiz Şahbazi deyib.

Onun fikrincə, şübhəsiz ki, MHP lideri Devlet Bahçelinin ortaya qoyduğü bu ideya, İsraili bütün mənalarda dəstəkləyən ABŞ-a, Yaxın Şərq siyasətində geosiyasi balansın qorunması üçün təzyiq mexanizmi kimi də qəbul etmək olar: "Devlet Bahçelinin Türkiyə dövlət səviyyəsində xüsusi rola malik siyasət adamı və xüsusilə də xarici siyasət xəttində əldə olunan müvəffəqiyyətlərinin altında onun da imzasının olduğunu nəzərə alsaq, bu alternativ blokun məhz Türkiyə dövlətinin siyasi mətbəxinin məhsulu olaraq qeyd etmək lazımdır. Son vaxtlar İsrailin Qəzza zolağında və ümumiyyətlə Yaxın Şərqdə həyata kecirdiyi qeyri qanuni hərbi əməliyyatlara qarşı çıxan Türkiyə hökuməti verdiyi sərt bəyanatlardan dolayı İsrailin baş naziri Netanyahunun Qüds şəhərindən, Turkiyəyə və onun prezidenti Ərdoğana xitabən etdiyi, xalqlararası nifaqın dərinləşdirilməsinə xidmət edən çagrışından həmən sonra, Devlet Bahçelinin yeni siyasi blokun yaradıla biləcəyinin anonsunu verməsi heç şübhəsiz ki ABŞ-ı, bölgədə geosiyasi balansın qorunmasında addımlar atmağa məcbur edəcək".

Cavid