

Xilasedicilər Filippində dağıdıcı super tayfun "Raqasa" ölkənin şimalına çatdıqdan sonra minlərlə sakini təxliyə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Küləyin sürəti 230 km/saata çatan qasırğa sentyabrın 22-də Caqayan əyalətindəki Panuitan adasını vurub. Sinoptiklər onun Çinin cənubuna doğru istiqamətlənəcəyini proqnozlaşdırırlar. Daşqın və torpaq sürüşmələri gözlənilir.
Qasırğanın Quanqdonq əyalətini vurmaq təhlükəsi ilə əlaqədar Çin hakimiyyəti 400 mindən çox insanı təxliyə etməyi planlaşdırır. Artıq yüzlərlə insan Tayvandan təxliyə edilib. Adada feribot xidmətləri dayandırılıb və vətəndaşlara meşə və təbii gəzinti yollarına getmək qadağan edilib.. Bir neçə Çin aviaşirkəti uçuşları dayandırıb.
Eyni zamanda Filippində hökumət əleyhinə mitinqlər keçirilir. Daşqınlara qarşı mübarizə fondundan həmin məbləğin oğurlanması səbəbindən etiraz aksiyası “Trilyon Peso Yürüşü” adlandırılıb. Nümayişçilər itkin vəsaitlərə görə məsuliyyət daşıyan məmurların cəzalandırılmasını və siyasətçilərin öhdəliklərinin bütün qeydlərinin açıqlanmasını tələb edirlər.
Məryəm Quliyeva