NATO: Alyans, müttəfiqlərini müdafiə etmək üçün hər cür üsuldan istifadə etməyə hazırdır Dünya

NATO: Alyans, müttəfiqlərini müdafiə etmək üçün hər cür üsuldan istifadə etməyə hazırdır

NATO, müttəfiqlərini müdafiə etmək üçün hər hansı bir müdafiə üsulundan istifadə etməyə hazır olduqlarını açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Şimali Atlantik Alyansının bəyanatında məlumat verilib.

«NATO və müttəfiqləri, beynəlxalq hüquqa uyğun olaraq, özlərini müdafiə etmək və bütün istiqamətlərdən gələn təhdidləri qarşısını almaq üçün hər cür hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcəklər. Biz vaxt, yer və üsul üzrə uyğun hesab etdiyimiz şəkildə cavab verməyə davam edəcəyik», — deyə bəyanatda bildirilir.

Məryəm Quliyeva