Ərdoğan BMT-nin Qəzzada öz əməkdaşlarını qoruya bilmədiyini deyib Dünya

Ərdoğan BMT-nin Qəzzada öz əməkdaşlarını qoruya bilmədiyini deyib

“BMT Qəzzada öz əməkdaşlarını belə qoruya bilmir”.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bölgəyə kömək üçün gedən 500-dən artıq insanın öldürüldüyünü vurğulayan Türkiyə prezidenti BMT-nin özünün belə öz əməkdaşlarını qoruya bilmədiyini bildirib.