

23 Sentyabr 18:28
23 Sentyabr 16:35
İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, Fələstinin tanınması iki şərtin yerinə yetirilməsi ilə mümkündür: bütün girovların azad edilməsi və HƏMAS-ın hər hansı hakimiyyətdən uzaqlaşdırılması.
"Report"un məlumatına görə, Meloni bu barədə BMT Baş Assambleyasında jurnalistlərə bildirib.
"Hakim çoxluq parlamentdə qətnamə təqdim edəcək ki, Fələstinin tanınması iki şərtin yerinə yetirilməsindən asılıdır - bütün girovların azad edilməsi və HƏMAS-ın Fələstinin idarəetmə orqanlarında iştirakının tam istisna edilməsi", - deyə Meloni bildirib.
O qeyd edib ki, Fələstinin tanınmasına qarşı çıxmır, lakin bunun üçün "suverenlik üçün zəruri şərtlər" olmalıdır.
"Əgər deyirlərsə ki, Fələstinin tanınması siyasi təzyiq alətidir, bunu başa düşə bilərəm, amma kimə təzyiq göstərmək üçün? Hesab edirəm ki, əsas siyasi təzyiq HƏMAS-a göstərilməlidir, çünki HƏMAS müharibəni başladıb və girovları azad etməməklə onu bitirmir", - deyə Meloni bildirib.
Daha əvvəl Nyu-Yorkda BMT-nin qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San-Marino və Fransa Fələstini dövlət kimi tanıdıqlarını elan edib. Sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini rəsmən tanıyıbr. Onların bəyanatlarına əsasən, iki xalq üçün iki dövlət prinsipinə sadiqlik həm Fələstin, həm də İsrail xalqları üçün sülh və təhlükəsizliyin açarıdır.