

“Avropada Fələstinin ardıcıl tanınması – ön sırada Fransanın, ardınca Belçika və Lüksemburqun qərarları – iki dövlətli nizamlanmanı yenidən siyasi mərkəzə gətirdi. Bu addımlar təkcə rəmzi jest deyil, həm də “məqbul çıxış yolu”nun konturlarını göstərən güclü diplomatik siqnaldır: bölgədə sülhü legitim hüquqi çərçivəyə bağlamaq və prosesə beynəlxalq çəkini qaytarmaq”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Z.Qarayeva bildirib ki, tanınmanın praktik təsiri, onu real alətlərlə tamamlayacaq koordinasiyadan asılıdır: “Əgər Avropa paytaxtları humanitar giriş, atəşkəsin monitorinqi, bərpa maliyyəsi və diplomatik təmsilçiliyin yüksəldilməsi kimi elementləri paketləşdirə bilsə, tanıma kağız üzərində qalmaz və danışıqlar üçün təzyiq, təşviq və resurs kombinasiyasına çevrilər; əks halda, artan gərginlik fonunda simvolik təsirlə məhdudlaşa bilər”.
Röya İsrafilova