Tramp: ABŞ günün sonuna qədər Türkiyəyə F-35 və Patriot satışı qərarı verə bilər​​​​​​​ Dünya

Tramp: ABŞ günün sonuna qədər Türkiyəyə F-35 və Patriot satışı qərarı verə bilər​​​​​​​

Vaşinqton administrasiyası cümə axşamı Türkiyəyə F-35 və F-16 döyüş təyyarələri, Patriot hava hücumundan müdafiə sistemləri və ya digər Amerika silahlarının potensial satışı ilə bağlı qərarlar qəbul edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün əvvəlində bildirib.

Ərdoğanın sözügedən silahları əldə etmək istəyi ilə bağlı Amerika lideri qeyd edib:"Düşünürəm ki, o, istədiyini ala biləcək". "Onun müəyyən tələbləri var. Bizim də müəyyən ehtiyaclarımız var. Və biz bir qərara gələcəyik. Bu barədə günü sonuna qədər məlumat alacaqsınız", - deyə o əlavə edib.

Məryəm Quliyeva