Qəzaya görə Belarus və Rusiya arasında qatarların hərəkəti dayandırılıb Dünya

Qəzaya görə Belarus və Rusiya arasında qatarların hərəkəti dayandırılıb

Rusiyanın Smolensk vilayətində baş vermiş qəzaya görə Belarus və Rusiya arasında bir sıra qatarların hərəkəti dayandırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Belarus Dəmir Yolları məlumat yayıb.

Qeyd edək ki, bu gün Smolensk vilayətində 18 benzin vaqonu və lokomotiv yük maşını ilə toqquşaraq relsdən çıxıb. Nəticədə yanğın baş verib.