

27 Sentyabr 19:00
Rusiyanın Kiyevə hücumu zamanı Polşanın Ukraynadakı səfirliyinin binasına da zərər dəyib.
Axar.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski deyib.
O bildirib ki, raketin komponentlərindən biri konsulluq idarəsinin damına düşüb, tavanı deşib və mətbəxə düşüb. Onun sözlərinə görə, xəsarət alan olmayıb.
Vronski əlavə edib ki, hadisədən sonra ilkin zərərin qiymətləndirilməsi aparılıb:
"Bu zərərin zəif olduğu və səfirliyin işinə təsir etməyəcəyi ortaya çıxıb".