Estoniya Rusiya və Latviya ilə sərhədlər boyunca uçuş qadağasını uzadıb Dünya

Estoniya Rusiya və Latviya ilə sərhədlər boyunca uçuş qadağasını uzadıb

Estoniya hakimiyyəti Rusiya və Latviya ilə sərhədlər boyunca 1 km-ə qədər hündürlükdə axşam və gecə saatlarında uçuşlara tətbiq edilən qadağanı oktyabrın 23-ə qədər uzadıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin hava hərəkətinə nəzarət xidmətlərindəki mənbə bildirib.

Qadağa 19 sentyabrda qüvvəyə minib və əvvəlcə sentyabrın 30-a qədər nəzərdə tutulmuşdu.

"Müəyyən olunmuş vaxtlarda bütün hava vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının polis və sərhəd xidmətindən xüsusi icazə olmadan həmin ərazidə uçması qadağandır", - mənbə deyib.

Məlumata görə, məhdudiyyət hər gün saat 17:00-dan (Bakı vaxtı ilə saat 21:00) 04:00-dək (Bakı vaxtı ilə 08:00) qüvvədə olacaq.

Qeyd edək ki, bundan əvvəl qonşu Latviya da ölkə sərhədləri, o cümlədən Rusiya və Belarusla sərhədlər üzərində hava məkanını gecə saatlarında bağlamaq qərarına gəlib. Burada söhbət 6 km-ə qədər hündürlükdə uçuşlardan gedir.