Vitse-prezident: İstixana qazlarının emissiyası sərhəd tanımır Dünya

Vitse-prezident: İstixana qazlarının emissiyası sərhəd tanımır

İstixana qazlarının emissiyası sərhəd tanımır və bu, bir ölkənin təkbaşına öhdəsindən gələ biləcəyi problem deyil.

"APA-Economics” xəbər verir ki, bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günü çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Əfqan İsayev deyib.

Onun sözlərinə görə, istixana qazları bu gün bütün Yer kürəsi üçün ciddi təhdid yaradır və bu problemi yalnız birgə səylərlə həll etmək mümkündür.

Vitse-prezident əlavə edib ki, heç bir ölkə bu cür qlobal problemlə təkbaşına mübarizə apara bilməz, bu məsələ yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində həll oluna bilər.