

Sentyabrın 30-da axşam saatlarında Gürcüstan Ali Məhkəməsində bomba həyəcanı yaşanıb.
AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin binasının işçiləri təxliyə edilib. Gürcüstan Xüsusi İstintaq Xidmətinin məlumatına görə, təxliyəyə binaya bomba yerləşdirilməsi ilə bağlı gələn telefon zəngi səbəb olub. Hazırda binada axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, beş gün əvvəl Ali Məhkəmə, bir gün əvvəl isə Tbilisi Şəhər Məhkəməsinin əməkdaşları təhliyə olunub. Buna səbəb naməlum şəxsin bomba yerləşdirməsi ilə bağlı zəngi səbəb olub.