

Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaqla bağlı sülh planını qəbul etməyə meyllidir.
"Report" xəbər verir ki, bu barədə "CBS News" mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Fələstin qruplaşması oktyabrın 1-də Misir və Qətər vasitəçilərinə cavab göndərməyi planlaşdırır.
Daha əvvəl Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra Ağ Ev Amerika liderinin Qəzza üzrə sülh planını dərc edib.
20 bənddən ibarət plan bütün israilli girovların azad edilməsini, HƏMAS-ın təslim olmasını, Qəzza zolağına lazımi humanitar yardımın çatdırılmasını və anklavın texnokratik, apolitik Fələstin Administrasiyasının rəhbərlik etdiyi müvəqqəti administrasiyaya verilməsini nəzərdə tutur. Netanyahunun plana düzəlişi isə o olub ki, İsrail qoşunlarının Qəzzadan mərhələli şəkildə çıxarılması HƏMAS-ın tərksilah edilməsində irəliləyişlə birbaşa bağlı olacaq və İsrailə qoşunların çıxarılmasını dayandırmaq hüququ verilir.