Bir neçə ölkə Danimarkada keçiriləcək iki sammitin təhlükəsizliyi üçün yardım edəcək Dünya

Bir neçə ölkə Danimarkada keçiriləcək iki sammitin təhlükəsizliyi üçün yardım edəcək

ABŞ, Böyük Britaniya və Polşa Kopenhagendə keçiriləcək Aİ və Avropa Siyasi Birliyinin sammitləri zamanı Danimarkanı dron əleyhinə avadanlıqlarla təmin edəcək.

Bu barədə Danimarka Müdafiə Nazirliyinə aid “X” hesabında məlumat verilib.

Nazirlik ABŞ-ın yardımının konkret növünü açıqlamayıb. Böyük Britaniya dron əleyhinə avadanlıqlar və onu idarə etmək üçün mütəxəssislər, Polşa isə ekspertlərlə təmin edəcək.

Daha əvvəl xəbər verildiyi kimi, Almaniya bu məqsədlə Danimarkaya təxminən 40 hərbi qulluqçu göndərir, Fransa isə ölkəni “Fennec” hərbi helikopteri və 35 mütəxəssislə təmin edəcək. İsveç Counter-UAS sistemi, bir neçə radar, polis itləri və iyləyici itlər təqdim edəcək.

Görüşlər səbəbilə 29 sentyabr - 3 oktyabr tarixlərində Krallığın hava məkanı mülki pilotsuz təyyarələr üçün bağlı olacaq.