

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Xarici İşlər Nazirliyində Avropa departamentindən ayrılmaqla Avropa inteqrasiyası departamenti yaradılacaq.
Bu barədə “Armenpress” məlumat yayıb.
Elektron Hökumət portalına istinadla verilən məlumata görə, Xarici İşlər Nazirliyinin strukturunda daha bir dəyişiklik siyasi planlaşdırma departamentinin diplomatik fəaliyyətin əlaqələndirilməsi departamenti ilə birləşdirilməsini nəzərdə tutur.