“Zəfər paradı strateji həmrəyliyin simvolu kimi idi”
9 Noyabr 10:54
9 Noyabr 10:54
8 Noyabr 10:28
7 Oktyabr 17:58
1 659
Almaniyanın Herdekke şəhərinin yeni meri İris Stalzer bıçaqlanıb. O, ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.
Xalqcebhesi.az xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin Herdecke şəhərinin yeni meri İris Stalzer bıçaqlı hücum nəticəsində ağır yaralanıb.
Sentyabrın 28-də vəzifəyə seçilən Stalzerin evində ağır yaralı halda tapıldığı bildirilir.
Məlumata görə, hadisə zamanı evdə olan Stalzerin 15 yaşlı oğlu və 17 yaşlı qızı polisə və tibb işçilərinə xəbər verib.
İlkin ifadəsində Stalzerin oğlu anasının küçədə bir çox insanın hücumuna məruz qaldığını iddia edib. Lakin hadisənin təfərrüatları hələlik açıqlanmır. Stalzerin xəstəxanada reanimasiyaya yerləşdirildiyi bildirilir.
Məryəm Quliyeva
10 Noyabr 17:01
1 386
10 Noyabr 16:50
1 022
10 Noyabr 16:11
1 295