Tbilisidə keçmiş həbsxana rəisi intihar edib Dünya

Tbilisidə keçmiş həbsxana rəisi intihar edib

Tbilisidəki 8 saylı Qldani cəzaçəkmə müəssisəsinin keçmiş direktoru Davit Qoqoberişvili intihar edib.

APA-nın yerli bürosu xəbər verir ki, onun meyiti evinin avtomobil qarajında aşkarlanıb.

D.Qoqoberişvilinin güllə yarası aldığı bildirilir.

Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə araşdırma aparılır.

Qeyd edək ki, D.Qoqoberişvili və onun müavini Giorgi Kemoklidze bir neçə ay öncə vəzifələrini tərk ediblər.

Onların istefasına səbəb Qldani həbsxanasında saxlanılan Bidzina İvanişvilinin maliyyə məsələləri üzrə keçmiş müşaviri Giorgi Baçiaşvilinin döyülməsi ilə bağlı insident olub.