Putin: Rusiya Trampın Qəzza sülh təşəbbüsünü dərhal dəstəkləyib Dünya

Putin: Rusiya Trampın Qəzza sülh təşəbbüsünü dərhal dəstəkləyib

Rusiya prezidenti Vladimir Putin
© APA | Rusiya prezidenti Vladimir Putin

09 oktyabr 2025 18:20 (UTC +04:00)

Rusiya demək olar dərhal Trampın Qəzza münaqişəsinin sülh yolu ilə həlli təşəbbüsünü dəstəkləyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistanda keçirilən Rusiya-Mərkəzi Asiya sammitində bildirib.

Onun sözlərinə görə, Moskva bu planın həyata keçiriləcəyinə ümid edir.

Putin vurğulayıb ki, Amerika liderinin təşəbbüsü Ərəb dünyasında əvvəldən müsbət qarşılanıb.

O, Rusiyanın İsraillə etibarlı əlaqələri davam etdirdiyini, Yaxın Şərq münaqişəsinin gələcək nizamlanmasının tərəfdarı olduğunu və heç bir qarşıdurmada maraqlı olmadığını qeyd edib.