

9 Oktyabr 19:07
9 Oktyabr 18:44
9 Oktyabr 18:37
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Hakan Fidan: İslam dünyasının daha çox müstəqil düşünməyə ehtiyacı var
ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib
İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik
NATO-nun Almaniyanın Şimali Reyn-Festfaliya əyalətindəki Qaylenkirxen bazası üzərində uçuş qadağasına və ciddi nəzarət rejiminə baxmayaraq dron uçuşu qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
NATO-nun şərq cinahında hava məkanına nəzarət olunmasında əsas rol oynayan “AWACS” kəşfiyyat təyyarələrinin yerləşdiyi bu bazada quraşdırılmış sensor sistemləri hava məkanına daxil olan naməlum obyekt barədə siqnal verib. Bundan sonra hərbi polis və təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə göndərilib, bazanın ətrafında axtarış aparılıb. Lakin axtarış nəticəsində nə dron, nə də onun operatoru müəyyən edilməyib.
Qaylenkirxen bazası NATO-nun şərq istiqamətində hava məkanının izlənməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Son aylarda burada dəfələrlə şübhəli dron müşahidələri qeydə alınıb. Bazanın təhlükəsizliyi hava hücumundan xüsusi müdafiə sistemləri vasitəsilə təmin edilir. Bu sistemlər uçan ən kiçik obyektləri belə aşkar edə və zərurət olduqda neytrallaşdıra bilir.