

Fərid Şəfiyev: Mərkəzi Asiya ilə əməkdaşlıq "6" formatında davam etdirilməlidir
“İki qonşu və dost ölkə arasında nifaq salmağa çalışanlar arzularına çatmadılar”
Türkmənistan səfiri: Füzulidə məscidin inşası Qarabağın Azərbaycana məxsus olmasının sübutudur
CNN: ABŞ ordusu üçün şatdaun fonunda konfransa getmək üçün 1 milyon dollar ayrılacaq
NATO-nun illik “Steadfast Noon” adlı nüvə təhlükəsizliyi təlimləri 13 oktyabr tarixində başlayacaq.
APA xəbər verir ki, bu barədə bu gün Alyansın Baş katibi Mark Ryutte məlumat verib.
Ryutte qeyd edib ki, bu təlimlər NATO-nun etibarlılığını, təhlükəsizliyini və səmərəliliyini təmin etməyə kömək edir.
“Vacib məqam ondan ibarətdir ki, bu təlimlər hər il keçirilir. Bu, müntəzəm illik təlimlərdir”, – Baş katib vurğulayıb.
O əlavə edib ki, bu təlimlər istənilən potensial düşmənə Alyansın öz üzvlərini istənilən təhdiddən müdafiə edə biləcəyinə dair aydın siqnaldır.