

Polşa, Ukrayna üzərindəki raketləri yalnız NATO-nun razılığı ilə vuracağını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşa xarici işlər naziri Radoslav Sikorski Lvovda işgüzar səfərdə olduğu zaman açıqlama verib.
Sikorski, "NATO-da inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemi var və belə qərarlar yalnız Polşanın deyil, bütün NATO-nun qərarları olmalıdır," – deyə qeyd edib.
Kiyev rəhbərliyi dəfələrlə Varşavadan və digər qərb tərəfdaşlarından Ukrayna üzərindəki Rusiya pilotsuz uçan aparatları və raketləri vurmağı xahiş edib. Polşa hakimiyyəti isə belə addımların risklərinə diqqət çəkərək, bu cür tədbirlərin yalnız bütün NATO ölkələrinin razılığı ilə həyata keçirilə biləcəyini vurğulayır.
Məryəm Quliyeva