Tramp Nobel sülh mükafatı ilə bağlı dediklərinə görə Putinə təşəkkür edib Dünya

Tramp Nobel sülh mükafatı ilə bağlı dediklərinə görə Putinə təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Nobel sülh mükafatı ilə bağlı açıqlamalarına görə ona təşəkkür edib.

Tramp bu barədə öz "Truth" hesabında paylaşım edib.

"Sağ olun, Prezident Putin", - yazan Tramp daha sonra Putinin mükafatla bağlı dediklərindən sitat gətirib.

Putin Tacikistanda keçirdiyi mətbuat konfransında Nobel sülh mükafatı ilə bağlı bunları deyib:

“Bu mükafatlar etibarı itirdi. Komitə dünya üçün heç nə etməyən insanlara verilən mükafatı müzakirə etdi. O, mürəkkəb problemləri, onilliklərlə davam edən böhranları həll edir”.

Xatırladaq ki, bu gün Nobel Sülh Mükafatı Komitəsi mükafatı Venesuela parlamentinin sabiq üzvü və siyasətçi Maria Korina Maçadoya verib.