Merz Qəzza sazişinin imzalanma mərasimində iştirak etmək üçün Misirə səfər edəcək Dünya

Merz Qəzza sazişinin imzalanma mərasimində iştirak etmək üçün Misirə səfər edəcək

Almaniya kansleri Fridrix Merz Qəzza zolağında atəşkəs sazişinin imzalanması ilə bağlı tədbirlərdə iştirak etmək üçün oktyabrın 13-də Misirə səfər etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, oradakı qonaqların təhlükəsizliyini təmin etmək daha asan olacağından tədbirlər Qahirədə deyil, Şarm əl-Şeyxdə keçiriləcək.

“Bild”in məlumatına görə, Merzdən başqa, ABŞ prezidenti Donald Tramp, Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corcio Meloni də iştirak edəcək. Bu ölkələrin liderləri Qəzza sazişini onun həyata keçirilməsinin təminatçısı kimi imzalamaq niyyətindədirlər.

Məryəm Quliyeva