İtaliya-İsrail matçına qarşı etirazlar zamanı 13 nəfər yaralanıb Dünya

İtaliya-İsrail matçına qarşı etirazlar zamanı 13 nəfər yaralanıb

Dünən 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsi çərçivəsində İtaliya-İsrail millisinin oyununa qarşı keçirilən etiraz aksiyası zamanı 13 nəfərin yaralandığı, 15 nəfərin saxlandığı bildirilir.

İtaliyanın ANSA xəbər agentliyinin yaydığı məlumata görə Etirazlar İtaliyanın İsraili 3-0 hesabı ilə məğlub etdiyi matçı hədəf alıb.

Belə ki, etirazlar zamanı ikisi jurnalist və 11-i mühafizəçi olmaqla 13 nəfər yaralanıb, 15 nəfər isə saxlanılıb.

Etirazçılar əllərində Qəzzada soyqırım törətdiyinə görə "İsrailə qırmızı vərəqə göstərin" yazılan lövhələr qaldıraraq, İsrailin beynəlxalq idman yarışlarına qadağa qoyulmasını tələb ediblər.

Etirazçılardan bir qrup stadiona yaxınlaşmağa cəhd edərkən, təhlükəsizlik qüvvələri etirazçılara gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib.