Britaniyanın müdafiə naziri Putinə müraciət edib Dünya

Britaniyanın müdafiə naziri Putinə müraciət edib

Böyük Britaniyanın müdafiə naziri Con Hili Rusiya prezidenti Vladimir Putini NATO-nun lazım olduğu müddət ərzində Ukraynanı dəstəkləyəcəyinə şübhə etməməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Britaniyanın “Sky News“ telekanalı məlumat verib.

"Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik", - Hili bildirib.

Britaniyanın müdafiə naziri bildirib ki, London Rusiyaya həm hərbi, həm də iqtisadi təzyiqləri artırır. Onun sözlərinə görə, bura enerji sektoruna və neft şirkətlərinə qarşı sanksiyalar da daxildir.

Böyük Britaniyanın müdafiə naziri qeyd edib ki, Ukraynaya dəstək Moskvanın iddia etdiyi eskalasiya ilə uyğun olacaq.

Qeyd edək ki, bundan əvvəl Hili Putinə müraciət edərək, onu danışıqlara başlamağa və Ukraynadakı münaqişəni dayandırmağa çağırmışdı.