

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin Qəzzada yaradılacaq çoxmillətli əməliyyat qrupunda iştirak etməyə hazır olduğunu bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Qəzzada atəşkəsdən məmnunluğunu ifadə edən nazir Gülər bu atəşkəsin ədalətli iki dövlətli həllin başlanğıcı olacağına ümid etdiyini vurğulayıb.