

Kreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının getdiyini təsdiqləyib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalının müxbiri Pavel Zarubin bildirib.
Onun sözlərinə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
***
19:29
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparır.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün sosial media hesabında bildirib.
“Söhbət davam edir, uzun söhbətdir. Onun məzmunu barədə mən də, Prezident Putin də danışıqlar başa çatdıqdan sonra məlumat verəcək” – deyə Donald Tramp vurğulayıb.