Aİ XİN başçıları Gürcüstanı müzakirə edəcəklər Dünya

Aİ XİN başçıları Gürcüstanı müzakirə edəcəklər

Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının Lüksemburqda keçiriləcək iclasında Gürcüstanla bağlı da müzakirələr aparılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.

Qeyd olunub ki, ali nümayəndə nazirləri oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkiləri və davam edən demokratik geriləmə də daxil olmaqla Gürcüstandakı son vəziyyətlə bağlı məlumatlandıracaq.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sədrliyi ilə keçiriləcək toplantının gündəliyində Yaxın Şərqdə vəziyyət, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı son hadisələr də yer alıb.