Fransa Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işə başlamağı təklif edəcək Dünya

Fransa Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işə başlamağı təklif edəcək

Fransa tərəfi bu gün Lüksemburqda keçiriləcək Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri görüşü çərçivəsində Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işə başlamağı təklif edəcək.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro Lüksemburqa gəlişi zamanı bildirib.

Onun sözlərinə görə, yeni sanksiya paketi birbaşa və ya dolayı yolla Rusiyanın hərbi səylərini dəstəkləməyə davam edən qüvvələrə və dövlətlərə qarşı yönələcək.

Fransa XİN başçısı, 19-cu sanksiya paketinin yaxın günlərdə qəbul ediləcəyinə ümid etdiyini bildirib.