İspaniya Aİ-nin 2026-cı ildə daimi yaz vaxtına keçməsini istəyir Dünya

İspaniya Aİ-nin 2026-cı ildə daimi yaz vaxtına keçməsini istəyir

İspaniyanın Baş naziri Pedro Sançes, Avropa İttifaqının (AB) 2026-cı ildən başlayaraq daimi yaz vaxtına keçməsini istədiklərini açıqladı.

Xalqcebhesi.az xəbər verir ki, ABŞ-da yerləşən "X" şirkətinin sosial media platformasındakı hesabından video açıqlamada Sançes vaxt dəyişikliyi praktikasının "artıq mənasız olduğunu" iddia edib.

"Bildiyiniz kimi, bu həftə saatlar yenidən dəyişəcək. İldə iki dəfə saatların dəyişdirilməsi artıq məntiqli deyil. Bu, çətin ki, enerjiyə qənaət etməyə kömək edir. Bu, insanların sağlamlığına və həyatına mənfi təsir göstərir. Buna görə də İspaniya hökuməti bu gün Aİ-yə Enerji Şurasında mövsümi saat dəyişikliyinə son qoymağı və müvafiq nəzərdən keçirmə mexanizminin yaradılmasını təklif edəcək", - Sançes bildirib.

İspaniya hökumət rəsmiləri həmçinin, vaxt dəyişikliyinə son qoyulması tələbinin Aİ-yə üzv 27 ölkənin nazirlərinin iştirakı ilə bu gün keçiriləcək Nəqliyyat, Telekommunikasiya və Enerji Şurasının iclasında rəsmi olaraq gündəmə gətiriləcəyini açıqlayıblar.

İspaniya mətbuatında keçirilən son sorğulara görə, ispanların 66 faizi daimi yaz vaxtının tətbiqini dəstəkləyir.

Məryəm Quliyeva