Bessent: ABŞ G7-dən Rusiyaya təzyiqin artırılmasını gözləyir Dünya

Bessent: ABŞ G7-dən Rusiyaya təzyiqin artırılmasını gözləyir

ABŞ-ın maliyyə naziri Skott Bessent Böyük Britaniya, Almaniya və Kanadadakı həmkarlarına Vaşinqtonun Yeddilik Qrupundan (G7) Rusiyaya qarşı artan iqtisadi təzyiq gözlədiyini deyib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Yazılı açıqlamaya görə, Bessent keçən həftə Vaşinqtonda həmkarları ilə görüşlər keçirib.

Görüşdə Britaniyanın maliyyə naziri Reyçel Rivs, Almaniyanın maliyyə naziri Lars Klinqbeyl və Kanadanın maliyyə naziri Fransua-Filip Şampan olub.