İran XİN ABŞ-ı hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə çağırıb
Donald Tramp: Azərbaycan Prezidentini Qəzza üzrə Sülh Şurasına dəvət etməkdən böyük şərəf duyuram
QMİ: Həcc ziyarəti ilə bağlı kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir
Azərbaycan-Kərkük elmi, ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində növbəti addım
21 Oktyabr 2025 13:27
1 561
Yaxın vaxtlarda Ermənistan və Türkiyə nümayəndələrinin Gümrü-Qars dəmir yolunun bərpası və istifadəyə verilməsi məsələləri ilə bağlı dövlətlərarası görüşü keçiriləcək.
APA xəbər verir ki, bu barədə “Armenpress” ölkənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyana istinadən məlumat yayıb.
“Ən yaxın vaxtlarda Gümrü-Qars dəmir yolunun bərpası və fəaliyyəti ilə bağlı dövlətlərarası görüş keçiriləcək. Görüşdən sonra ətraflı məlumat veriləcək”, — Ruben Rubinyan bildirib.
Xatırladaq ki, 2025-ci ilin 12 sentyabrında İrəvanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş keçirilib. Görüş nəticəsində tərəflər razılaşıblar ki, Ermənistan və Türkiyə aidiyyəti orqanları Gümrü-Qars dəmir yolunun və elektrik verilişi xəttinin bərpası və istifadəyə verilməsi üçün zəruri texniki araşdırmaları həyata keçirəcəklər.