

Təxribatlar dövrü bitdi: köhnə "təriqətlər" tarixə qarışır, saxta sədaqətlər format olunur
Brüssel və Bakı nəqliyyat dialoqu çərçivəsində yeni müzakirələrə hazırlaşır
Ankara Şəhər Şurası Azərbaycanın Türkiyədəki səfirliyi ilə əməkdaşlıq edəcək
İlham Əliyev Qazaxıstan Prezidentini Azərbaycana səfərə dəvət edib
Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1.9 mlrd. dollara çatıb
Türkiyənin həvəskarlardan ibarət “Bandırma Sənayespor” klubunun 28 yaşlı qapıçısı Oğuzhan Kamacı məşq zamanı dünyasını dəyişib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Məlumata görə, komanda 20 oktyabrda "Gönen Karşıyakspor"la qarşılaşmağa hazırlıq məqsədilə məşq keçirirdi. Qapıçı topa zərbə vurularkən özünü pis hiss edib və komanda yoldaşları təcili yardım çağırıblar. Hadisə yerində futbolçuya ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Ona ürək tutması diaqnozu qoyulub. Bütün həkim səylərinə baxmayaraq, futbolçu həyatını xilas etmək mümkün olmayıb.
Qapıçının ölümünə görə araşdırma başlanılıb və Kamacının cəsədi müayinə üçün morqa göndərilib. Qeyd edək ki, futbolçu yaxın vaxtlarda ürək problemi ilə bağlı həkimə müraciət etmişdi və 21 oktyabrda kardioloqla görüşməsi planlaşdırılırdı.
Futbolçunun dəfn mərasimi 21 oktyabrda baş tutacaq.
Məryəm Quliyeva