Arxiyepiskop Mikael Acapaxyanının həbsinin uzadılması ilə bağlı apellyasiya şikayəti verilib Dünya

Arxiyepiskop Mikael Acapaxyanının həbsinin uzadılması ilə bağlı apellyasiya şikayəti verilib

Prokurorluq Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana qarşı çıxarılan hökmdən apellyasiya şikayəti verib.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Apellyasiya Cinayət Məhkəməsinə onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılması üçün müraciət edilib.

Xatırladaq ki, erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb. O, iki il müddətinə azadlıqdan məhrum edilib.