Mer: Rusiyanın hücumu nəticəsində Xarkovda 1 nəfər ölüb, 6 nəfər yaralanıb Dünya

Mer: Rusiyanın hücumu nəticəsində Xarkovda 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Rusiyanın Xarkovda uşaq bağçasına endirdiyi dron zərbəsi nəticəsində uşaqların yaralanması haqqında məlumat öz təsdiqini tapmayıb.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov bildirib.

"Xəsarət alanların sayı yeddiyə çatıb. Yaralılardan biri həlak olub. Xoşbəxtlikdən uşaqların yaralanması ilə bağlı məlumat öz təsdiqini tapmayıb", - o, öz teleqram kanalında yazıb.