15:17
749
Ukrayna prezidenti Volodimir Zelenskiy 22 oktyabr çərşənbə günü İsveçə gəlib və Kiyevə İsveç təyyarələrinin tədarükü ilə bağlı potensial müqaviləni müzakirə edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Expressen qəzeti məlumat yayıb.
"Ulf Kristersson və Zelenskiy 'daha böyük bir ixracat müqaviləsini' müzakirə edəcəklər və Linköpingdəki Saab şirkətini ziyarət edəcəklər", - deyə məlumatda bildirilir.
İsveçin baş naziri Ulf Kristersson, SVT kanalına verdiyi açıqlamada, tərəflərin "dünyada ən yaxşı təyyarələrdən birini" almağı müzakirə edəcəklərini qeyd edib. Lakin hansı təyyarələrdən bəhs olunduğu hələ açıqlanmayıb.
Məryəm Quliyeva