Şimali Kiprin yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçirilib Dünya

Şimali Kiprin yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçirilib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 6-cı Prezidenti Tufan Erhürmanın andiçmə mərasi keçirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Erhürmanı ŞKTC Cumhuriyyət Məclisinin sədri Ziya Öztürkler tərəfindən qarşılanıb, daha sonra Məclis Baş Assambleya zalına daxil olaraq prezidentlik andını oxuyub.

Mərasimdə Türkiyə Prezidentinin köməkçisi Cevdət Yılmaz, ŞKTC Baş naziri Ünal Üstel, ŞKTC-nin 2-ci Prezidenti Mehmet Ali Talat, Ali Məhkəmə və Yüksək Seçki Qurumu sədri Bertan Özərdağ, Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçəri, Prezidentin həyat yoldaşı Nildan Bektaş Erhürman, eləcə də bürokratlar, siyasətçilər və digər rəsmi şəxslər iştirak edib.