AKP sözçüsü: Türkiyə İrana xarici müdaxilənin qəti əleyhinədir
"Tiktok"da canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib
Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək
Ötən il Azərbaycan meyvə-tərəvəz ixracından 900 mln. dollardan çox gəlir əldə edib
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib
27 Oktyabr 2025 14:06
2 086
Ən yüksək diplomatik status olan Qazaxıstan prezidentinin Rusiyaya dövlət səfərinə hazırlıq iki ölkə lideri Vladimir Putin və Kasım-Jomart Tokayev arasında telefon danışığının əsas mövzusu olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti söhbətin məzmununu açıqlayıb.
“İkitərəfli gündəliyin cari məsələləri, o cümlədən Qazaxıstan Respublikası Prezidentinin Rusiyaya qarşıdan gələn dövlət səfərinə hazırlıq kontekstində müzakirə edilib”, - Kremldən bildiriblər.
Tokayevin Rusiyaya səfəri noyabrın 12-nə nəzərdə tutulub. Qazaxıstan tərəfinin qeyd etdiyi kimi, söhbət zamanı iki ölkənin liderləri digər məsələlərlə yanaşı, mövcud qlobal vəziyyəti, eləcə də Moskva ilə Astana arasında strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafı məsələlərini müzakirə ediblər.
Məryəm Quliyeva