13:59
1 001
Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin Amerika istehsalı olan HİMARS reaktiv yaylım atəşi sistemlərindən iki idarə olunan aviabomba və yeddi raketi vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı məlumat yayıb.
Bundan əlavə, Ukraynaya məxsus 350 təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib.
Rusiya Müdafiə Nazirliyi həmçinin Dnepropetrovsk və Zaporojye vilayətlərində üç yaşayış məntəqəsinin ələ keçirildiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrini Zaporojye vilayətindəki Privolne və Novomikolyavka, eləcə də Dnepropetrovsk vilayətindəki Yeqorivkanı tərk etməyə məcbur edib.
Məryəm Quliyeva