18:58
952
Ukraynanın Orenburq qazemalı zavoduna endirdiyi dron zərbə nəticəsində Qazaxıstanın təxminən 200 milyon dollar itkiyə məruz qalıb.
Bu barədə qazaxıstanlı enerji eksperti Oljas Baydildinov “Sputnik Qazaxıstan”a açıqlama verib.
Ekspertin sözlərinə görə, itkilər həm zavodla əməkdaşlıq edən “Karaçaqanak Petroleum Operating” konsorsiumuna, həm də Qazaxıstan hökumətinə və istehlakçılara aiddir.
“Hesablamalarıma görə, bu, təxminən 200 milyon dollarlıq ümumi zərərdir — konsorsium, Qazaxıstan və istehlakçılar üçün”, – Baydildinov qeyd edib.
O əlavə edib ki, Karaçaqanak yatağından çıxarılan qaz emal üçün Orenburq zavoduna göndərilir və emaldan sonra təmizlənmiş şəkildə geri qaytarılır. Dron hücumundan sonra Qazaxstan Orenburq qazemalı zavoduna qaz nəqlini müvvəqəti dayandırmışdı.
“Bu zərbə mütləq şəkildə tariflərə təsir edəcək və biz bunu öz üzərimizdə hiss edəcəyik”, – ekspert bildirib.