 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 31 Oktyabr 17:17
31 Oktyabr 17:17 1 057
1 057
Yaponiya hökuməti ölkə daxilində artan ayı hücumları ilə mübarizə aparmaq üçün yeni lisenziyalı ovçular işə götürmək planlarını açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, "The Japan Times" qəzetinin məlumatına görə, Baş Nazirlər Kabinetinin katibi Kihara Minoru bildirib ki, Yaponiyanın şimalında ayıların sayının artması aprel ayından bəri 12 nəfərin ölümünə səbəb olub və bu da ciddi təhlükəsizlik problemi yaradır.
Ətraf mühit, təhsil, kənd təsərrüfatı, daxili işlər, nəqliyyat və müdafiə nazirləri, həmçinin Milli İctimai Təhlükəsizlik Komissiyası bu hücumlara qarşı mümkün tədbirləri müzakirə etmək üçün hökumətin iclasında bir araya gəlib.
İclas zamanı hökumət üzvləri fövqəladə hallarda ayıları vura bilən personalın sayının artırılması, ov lisenziyası olan yerli ovçuların işə götürülməsi və parlamentə təqdim ediləcək əlavə büdcədə bu məqsədlə vəsait ayrılması məsələlərini müzakirə ediblər.
Təhsil naziri Yohei Matsumoto son vaxtlar məktəb həyətlərində ayıların müşahidə edildiyini xatırladaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Yohei məktəb administrasiyaları və yerli polis bölmələrinin əməkdaşlıq edəcəyini və uşaqların təhlükəsizliyi üçün tədbirlərin gücləndiriləcəyini bildirib. Müdafiə naziri Şinjiro Koizumi, bölgədəki ayıları tutmaq üçün Akita Prefektura Hökuməti ilə əməkdaşlıq çərçivəsində hərbi dəstək veriləcəyini açıqladı.
Məryəm Quliyeva
 31 Oktyabr 21:36
31 Oktyabr 21:36 805
805 31 Oktyabr 21:07
31 Oktyabr 21:07 917
917 31 Oktyabr 19:45
31 Oktyabr 19:45 945
945 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    