Rusiya Aİ-yə cavab sanksiyaları tətbiq edib Dünya

Rusiya Aİ-yə cavab sanksiyaları tətbiq edib

Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqınlb 19-cu sanksiya paketinin təsdiqlənməsinə cavab olaraq bir sıra Avropa qurumlarının və Aİ ölkələrinin nümayəndələrinə ölkəyə giriş qadağası tətbiq etdiyini açıqlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, giriş qadağası Kiyevə hərbi yardım göstərməkdə, Ukraynaya ikili təyinatlı malların tədarükünün təşkilində iştirak etməkdə, ölkəmizin ərazi bütövlüyünü pozmağa yönəlmiş fəaliyyətlər aparmaqda və Rusiya gəmiçiliyinin və yüklərinin blokadasını təşkil etməkdə məsul olan hüquq-mühafizə orqanlarının, dövlət və kommersiya təşkilatlarının əməkdaşlarına, Aİ üzv dövlətlərinin və bir sıra digər Qərb ölkələrinin vətəndaşlarına aiddir.

Giriş qadağası həmçinin Rusiyanın digər ölkələrlə münasibətlərinə zərər verməyə çalışanlara, rusofob ritorikası ilə fərqlənən vətəndaş fəalları və elmi ictimaiyyətin nümayəndələrinə, Rusiya əleyhinə qətnamə və qanun layihələrinə səs verən Aİ üzv ölkələrinin və Avropa Parlamentinin üzvlərinə aiddir.