15:51
1 204
Romanın mərkəzində İmperator Forumlarında tarixi qüllə qismən dağılıb, xilasedicilər dağıntılar altında qurbanları axtarır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat verib.
"Larqo Korrado Riccidəki Torre dei Conti qülləsinin hazırda bərpa işləri aparılan bir hissəsi uçub", - məlumatda deyilir.
Hadisə noyabrın 3-də yerli vaxtla saat 11:20 radələrində baş verib. İlkin məlumatlara görə, çökmə nəticəsində bir fəhlə xəsarət alıb, daha dörd nəfər isə qüllənin yuxarı hissəsində sıxışıb qalsa da, xilas edilib.
Bildirilir ki, hazırda yanğınsöndürənlər birinci mərtəbədə sıxılmış vəziyyətdə qalan başqa bir şəxsi xilas etməyə çalışırlar.
Məryəm Quliyeva