Tramp NASA-ya rəhbərlik etməsi üçün yenidən Ayzekmanın namizədliyini irəli sürüb Dünya

Tramp NASA-ya rəhbərlik etməsi üçün yenidən Ayzekmanın namizədliyini irəli sürüb

Prezident Donald Tramp ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyasına (NASA) rəhbərlik etməsi üçün milyarder və kosmik turist Cared Ayzekmanın yenidən namizədliyini irəli sürüb.

Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

"Bu gecə uğurlu iş adamı, xeyriyyəçi, pilot və astronavt Cared Ayzekmanın NASA rəhbəri vəzifəsinə namizədliyimizə irəli sürməkdən məmnunam. Caredin kosmosa olan ehtirası, astronavt kimi təcrübəsi və kəşfiyyat sərhədlərini genişləndirmək, kainatın sirlərini açmaq və yeni kosmik iqtisadiyyatı inkişaf etdirmək istəyi onu NASA üçün yeni bir dövrün başlanğıcı üçün mükəmməl namizəd edir". – Tramp yazıb.