16 Mart 19:53
16 Mart 19:28
6 Noyabr 2025 18:39
2 149
ABŞ-ın Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Konqresdəki siyasi karyerasını bitirmək qərarına gəlib.
APA “The Washington Post“a istinadən xəbər verir ki, bu barədə Pelosi özü bildirib.
“Mən Konqresə yenidən seçilmək niyyətində deyiləm. San-Fransisko, gücünü tanı. Biz tarix yazmışıq. Biz irəliləyişə nail olmuşuq. Biz həmişə ən ön sıralarda getmişik”, - Pelosi videomüraciətində deyib.
Qeyd edək ki, 85 yaşlı Nensi Pelosi ABŞ Konqresində 40 ilə yaxın San-Fransiskonu təmsil edib. Onun mandatı 2026-cı ildə sona çatır.
16 Mart 22:50
1 113
16 Mart 22:49
1 148
16 Mart 22:47
1 113