Maduro: Venesuelada nə sosial, nə də siyasi həyat Vaşinqtondan asılı deyil Dünya

Maduro: Venesuelada nə sosial, nə də siyasi həyat Vaşinqtondan asılı deyil

“Venesuelada siyasət, iqtisadiyyat və sülh ABŞ-dan asılı deyil”.

Bunu Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Televisión” televiziya kanalına müsahibəsi zamanı deyib.

"Əsl demokratiya Venesuela demokratiyasıdır. Venesuelada nə iqtisadiyyat, nə siyasi həyat, nə sosial həyat, nə də sülh qrinqoların yazdıqlarından və ya dediklərindən asılı ola bilməz", - deyə Maduro bildirib.